Türkiyə Super Liqasında 41-ci turun oyunları keçirilib.
Mia.az xəbər verir ki, lider “Beşiktaş” doğma meydanında “Fatih Karagümrük”ə məğlub olub -1:2.
İkinci yerin sahibi “Fənərbaxça” da“Sivasspor”a uduzub – 1:2.
“Dənizlispor”un qonağı olan “Qalatasaray” qalib gələrək, liderlə xal fərqini bərabərləşdirib - 1:4
Bu nəticələrdən sonra turnir cədvəlində “Fənərbaxça”nı geridə qoyan “Qalatasaray” 81 xalda qalan lider “Beşiktaş”la fərqi aradan qaldırıb. Onlardan 2 xal geri qalan “Fənərbaxça” 3-cü yerə yuvarlanıb.
Bundan başqa, “Dənizlispor”un ardından “Ərzurumspor” və “Ankaragücü”nün də elitanı tərk edəcəyi dəqiqləşib.
Qeyd edək ki, Super Liqada son turun oyunları mayın 15-də keçiriləcək.