Türkiyə Xarici İşlər Nazirliyi (XİN) rəsmi “Twitter” səhifəsində erməni terrorunun qurbanı olmuş türk diplomatların siyahısını yayaraq, dünyaya mesaj verib.

Mia.az xəbər verir ki, paylaşımda deyilir:

“Yalanlar, sadəcə, tarixi təhrif etmir, günahsız canları da alır. Erməni terrorunun şəhid etdiyi həmkarlarımızı unutmadıq, əsla unutmayacağıq.

Rahat uyusunlar, heç bir yalana və təzyiqlərə boyun əyməyəcəyik”.

Paylaşımda erməni terrorunun qurbanı olmuş şəhid diplomatların siyahısı da yer alıb.