“Avropa Parlamenti Aleksey Navalnının dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb etməyə davam edəcək”.
Bunu Avropa Parlamentinin Prezidenti David Sassoli AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib.
D. Sassoli, rus səlahiyyətlilərini təcili olaraq A. Navalnıya lazım olan tibbi yardım göstərməsini təmin etmək üçün birgə səy göstərməyə çağırıb/APA.