“Rus qoşunlarının Ukrayna sərhədi boyunca və qanunsuz ilhaq edilmiş Krım ərazisində yerləşdirilməsi narahatlıq doğurur”.

Bunu Avropa Parlamentinin Prezidenti David Sassoli AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib.

“Gərginliyin de-eskalasiyası və Rusiyanın bir addım geri atmağı vacibdir. Onlar öz beynəlxalq öhdəliklərinə əməl etməlidir. Birgə bir-birimizi dəstəkləməli, sülhün möhkəmləndirilməsi istiqamətində çalışmalıyıq”, - deyə o, vurğulayıb/APA.