Türkiyədə daha 341 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 55149 nəfərdə isə koronavirus aşkarlanıb, 48947 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 55802 nəfərdə koronavirus yoluxub, 318 nəfər vəfat edib, 52184 xəstə isə sağalıb.