Türkiyədə daha 289 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 63082 nəfərdə isə koronavirus aşkarlanıb, 56510 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 61400 nəfərdə koronavirus yoluxub, 297 nəfər vəfat edib, 54894 xəstə isə sağalıb.