Türkiyədə daha 297 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 61400 nəfərdə isə koronavirus aşkarlanıb, 54894 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 62797 nəfərdə koronavirus yoluxub, 279 nəfər vəfat edib, 55413 xəstə isə sağalıb.