Türkiyədə daha 279 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 62797 nəfərdə isə koronavirus aşkarlanıb, 55413 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 59187 nəfərdə koronavirus yoluxub, 273 nəfər vəfat edib, 52104 xəstə isə sağalıb.