Türkiyənin təşkilatçılığı ilə İstanbulda keçirilməsi planlaşdırılan "Əfqanıstanda sülh prosesi" konfransının tarixi məlum olub.

Məlumata görə, ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad, Əfqanıstan rəhbərliyi və "Taliban"ın iştirak edəcəyi toplantı 24 aprel - 4 may tarixlərində gerçəkləşəcək.

Tədbirin on günlük "marafon" şəklində keçirilməsi nəzərdə tutulub.