Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya həbsdə saxlanılıb.

Bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, N.Meliya 2019-cu ilin iyunun 21-nə keçən gecə Tbilisidə parlamentin binası qarşısında keçirilmiş kütləvi etiraz aksiyası zamanı qrup halında zorakılıq törətməkdə ittiham olunur. Günahı sübuta yetirilərsə, onu 6 ildən ilədək həbs gözləyir/Report.