Türkiyədə daha 243 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 54562 nəfərdə isə koronavirus aşkarlanıb, 41218 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 50678 nəfərdə koronavirus yoluxub, 237 nəfər vəfat edib, 30194 xəstə isə sağalıb.