Türkiyədə daha 237 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 50678 nəfərdə isə koronavirus aşkarlanıb, 30194 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 52676 nəfərdə koronavirus yoluxub, 248 nəfər vəfat edib, 32539 xəstə isə sağalıb.