Türkiyədə daha 248 nəfər koronavirusdan vəfat edib.
Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
Nazir bildirib ki, son 24 saatda 52676 nəfərdə isə koronavirus aşkarlanıb, 32539 xəstə isə sağalıb.
Xatırladaq ki, dünən Türkiyədə 55791 nəfərdə koronavirus yoluxub, 253 nəfər vəfat edib, 35786 xəstə isə sağalıb.