Ukrayna prezidenti Volodimir Zelenski aprelin 10-da Türkiyəyə işgüzar səfər edəcək.
Mia.az “Anadolu”ya istinadla xəbər verir ki, o, 9-cu Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı çərçivəsində müdafiə sektoru, sərbəst ticarət müqaviləsi və turizm məsələlərini müzakirə edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edəcək.