Türkiyədə daha 258 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 55941 nəfərdə isə koronavirus aşkarlanıb, 37914 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 54740 nəfərdə koronavirus yoluxub, 276 nəfər vəfat edib, 35503 xəstə isə sağalıb.