Türkiyədə daha 193 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 42551 nəfərdə isə koronavirus aşkarlanıb, 25627 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 41998 nəfərdə koronavirus yoluxub, 185 nəfər vəfat edib, 22674 xəstə isə sağalıb.