Türkiyədə daha 185 nəfər koronavirusdan vəfat edib.
Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
Nazir bildirib ki, son 24 saatda 41998 nəfərdə isə koronavirus aşkarlanıb, 22674 xəstə isə sağalıb.
Xatırladaq ki, dünən Türkiyədə 44756 nəfərdə koronavirus yoluxub, 186 nəfər vəfat edib, 23214 xəstə isə sağalıb.