Türkiyədə daha 186 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 44756 nəfərdə isə koronavirus aşkarlanıb, 23214 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 42308 nəfərdə koronavirus yoluxub, 179 nəfər vəfat edib, 24419 xəstə isə sağalıb.