Türkiyədə daha 179 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 42308 nəfərdə isə koronavirus aşkarlanıb, 24419 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 40806 nəfərdə koronavirus yoluxub, 176 nəfər vəfat edib,  20817 xəstə isə sağalıb.