Türkiyədə daha 152 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 39302 nəfərdə isə koronavirus aşkarlanıb, 19193 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 37303 nəfərdə koronavirus yoluxub, 155 nəfər vəfat edib, 19925 xəstə isə sağalıb.