Türkiyədə daha 154 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 32404 nəfərdə isə koronavirus aşkarlanıb, 18015 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 29058 nəfərdə koronavirus yoluxub, 153 nəfər vəfat edib, 17164 xəstə isə sağalıb.