Türkiyədə daha 153 nəfər koronavirusdan vəfat edib.
Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
Nazir bildirib ki, son 24 saatda 29058 nəfərdə isə koronavirus aşkarlanıb, 17164 xəstə isə sağalıb.
Xatırladaq ki, dünən Türkiyədə 30021 nəfərdə koronavirus yoluxub, 151 nəfər vəfat edib, 18892 xəstə isə sağalıb.