Türkiyədə daha 153 nəfər koronavirusdan vəfat edib.
Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
Nazir bildirib ki, son 24 saatda 29081 nəfərdə isə koronavirus aşkarlanıb, 20208 xəstə isə sağalıb.
Xatırladaq ki, dünən Türkiyədə 28731 nəfərdə koronavirus yoluxub, 157 nəfər vəfat edib, 19186 xəstə isə sağalıb.