Türkiyədə daha 157 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 28731 nəfərdə isə koronavirus aşkarlanıb, 19186 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 29762 nəfərdə koronavirus yoluxub, 146 nəfər vəfat edib, 17761 xəstə isə sağalıb.