Türkiyədə daha 146 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 29762 nəfərdə isə koronavirus aşkarlanıb, 17761 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 26182 nəfərdə koronavirus yoluxub, 138 nəfər vəfat edib, 19201 xəstə isə sağalıb.