Türkiyədə daha 138 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 26182 nəfərdə isə koronavirus aşkarlanıb, 19201 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 22216 nəfərdə koronavirus yoluxub, 117 nəfər vəfat edib, 19494 xəstə isə sağalıb.