Türkiyədə daha 117 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 22216 nəfərdə isə koronavirus aşkarlanıb, 19494 xəstə isə sağalıb.

Xatırladaq ki, dünən Türkiyədə 20428 nəfərdə koronavirus yoluxub, 102 nəfər vəfat edib, 17615 xəstə isə sağalıb.