Suriyadan atılan raketlər Türkiyənin Kilis vilayətinə düşüb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, YPG/PKK terror təşkilatının işğalı altında olan Tel-Rıfat bölgəsindən iki raket Eski Beşevler məhəlləsində boş əraziyə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşdüyündən hər hansı ziyan vurmayıb.