Gürcüstan Prezidenti Salome Zurabişvili koronavirus əleyhinə vaksinasiyadan keçib.

Məlumata görə, ona Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasında "AstraZeneca" vaksini vurulub.

Proses telekanallar vasitəsilə canlı yayımlanıb.

S.Zurabişvili yüksəkvəzifəli bütün rəsmi şəxsləri peyvənd olunmağa çağırıb.

Qeyd edək ki, bu gün qonşu ölkə prezideninin 69 yaşı tamam olur/Report.