Türkiyədə daha 63 nəfər koronavirusdan vəfat edib.
Mia.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
Nazir bildirib ki, son 24 saatda 15503 nəfərdə isə koronavirus aşkarlanıb, 15893 xəstə isə sağalıb.
Xatırladaq ki, dünən Türkiyədə 13378 nəfərdə koronavirus yoluxub, 68 nəfər vəfat edib, 15516 xəstə isə sağalıb.
Mia.az