Pandemiyanın başlanmasından ilk dəfə NATO-ya üzv ölkələrin xarici işlər nazirləri arasında əyani görüş keçiriləcək.

Bu barədə NATO-nun sözçüsü Oana Lungesku tvitterdəki hesabında bildirib.

“Ötən ildən ilk dəfə xarici işlər nazirləri martın 23-24-də Alyansın qərargahında əyani görüşəcəklər”, - deyə o əlavə edib.

Görüşə NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək./Report