Myanmada martın 14-də hərbi rejim əleyhinə keçirilən etiraz yürüşünün dağıdılması zamanı polis və ordunun atəş açması nəticəsində ölən aksiyaçıların sayı 71-ə çatıb.
Məlumatı “The Irrawaddy” yayıb.
Ölənlərin sayının artacağı istisna deyil.
Bildirilib ki, fevralın əvvəlindən indiyədək sutka ərzində ən çox aksiya iştirakçısı martın 14-də öldürülüb.
Qəzetin hesablamasına əsasən, hərbçilər hakimiyyətə gələndən aksiyaların dağıdılması zamanı 167 etirazçı qətlə yetirilib/Report.