Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turunda "Qəbələ" ilə "Səbail" komandaları arasında oyun keçirilib.

Mia.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə bitib - 1:1.

Bu nəticədən sonra xalını 22-yə çatdıran "Qəbələ" 5-ci, 22 xala malik "Səbail" 6-cı pillədə qərarlaşıb.