Gürcütanda koronavirusun Britaniya ştammına 31 yoluxma halı təsdiqlənib.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze məlumat verib.
Onun sözlərinə görə, COVID-19-un mutasiya etmiş növünə yoluxanların hamısı xəstəliyi yüngül formada keçirib: "Həmin şəxslərin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb".
İnfeksionist Gürcüstanda Cənubi Afrika və Braziliya ştammına yoluxma halının qeydə alınmadığını deyib/Report.