Azərbaycan Premyer Liqasının XVIII turunun "Neftçi" - "Sabah" matçında xoşagəlməz hadisə baş verib.

Məlumata görə, oyunun keçirildiyi "Bakcell Arena"da işıqlar sönüb.

Projektorlardakı problem səbəbindən qarşılaşma 28-ci dəqiqədə dayandırılıb.

Qeyd edək ki, hazırda ilk hissə oynanılır və hesab açılmayıb/Report.

28-ci dəqiqədə yarımçıq dayandırılan görüş 8 dəqiqəlik fasilədən sonra bərpa olunub.