"Qəbələ" komandası Azərbaycan Premyer Liqasında XVII turun "Qarabağ"la səfər oyununda futbolçu itkisi ilə üzləşib.
Məlumata görə, "qırmızı-qaralar"ın müdafiəçisi Yurgen Qoca 62-ci dəqiqədə zədələnərək meydanı tərk edib.
Əzələsi dartılan albaniyalı futbolçu Ehtiram Şahverdiyevlə əvəzlənib.
Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və hesab Ağdam klubunun xeyrinədir - 3:0.
Report