Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Mia.az xəbər verir ki, çempionatın lideri "Neftçi" səfərdə "Zirə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu 67-ci dəqiqədə Davit Volkov vurub.
Bu qələbədən sonra xallarını 28-ə çatdıran "Zirə" 3-cü pillədəki mövqeyini qoruyub. "Neftçi" isə 33 xalla ilk sırada yer alır.