İtaliyanın "Torino" klubunda məşqlər dayandırılıb.

Buna 3 futbolçuda koronavirus aşkarlanması səbəb olub.

Turin təmsilçisi yerli səhiyyə orqanlarının tövsiyəsinə əsasən bu addımı atıb. Komanda növbəti dəfə koronavirus testindən keçəcək.

Qeyd edək ki, "Torino" fevralın 26-da A Seriyasının XXIV turunda “Sassuolo”nu qəbul etməlidir/Report.