UEFA Çempionlar Liqasının qrup mərhələsində Fransa klubu PSJ ilə Türkiyə çempionu “Başakşəhər” arasında VI tur matçında baş verən qalmaqalla bağlı qərarını açıqlayıb.
Məlumata görə, qitə futbol qurumu ötən il dekabrın 8-də baş tutan və yarımçıq dayandırılaraq bir gün sonra keçirilən görüşdəki hakimliklə bağlı sərt qərar qəbul etməyib.
UEFA Etika və İntizam Komitəsi Türkiyə təmsilçisinin köməkçi-məşqçisi Pyerr Veboya qarşı irqçi sözlər işlədən rumıniyalı 4-cü hakim Sebastian Kostantin Kolteskunun cəzalandırılmasına lüzum bilməyib. Komitə araşdırmanın yekununda Kolteskunun irqçi ifadələrdən istifadə edilmədiyi qənaətinə gəlib və heç bir intizam tədbirinə ehtiyac duymayıb.
Qeyd edək ki, 14-cü dəqiqədə qonaqların meydanı tərk etməsi səbəbindən dayandırılan oyun bir gün sonra hakimlər heyətinin tam tərkibdə dəyişdirilməsi ilə davam etdirilib və PSJ 5:1 hesablı qələbə qazanıb/ApaSport