Türkiyənin "Qalatasaray" klubu oyunçusu Fernando Muslera ilə bağlı qərarını verib.
"Milliyet" xəbər verir ki, İstanbul təmsilçisi uruqvaylı qapıçının cari mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzadacaq.
35 yaşlı qolkiperlə 2+1 illik yeni sözləşmə imzalanacaq/Report.
Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən "Qalatasaray"da çıxış edir. O, Superliqa təmsilçisinə İtaliyanın "Latsio" klubundan keçib.