Azərbaycan Premyer Liqasında çıxış edən “Sumqayıt” futbolçuları Rüfət Abdullazadə və Səbuhi Abdullazadə ilə 2019/2020 mövsümündə bağladığı müqavilələri yeniləyib.

Mia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, akademiyanın yetirməsi olan yarımmüdafiəçilərlə sözləşmələrin müddəti 2022/2023 mövsümünün sonunadək uzadılıb.