Türkiyənin "Qalatasaray" klubu futbolçusu Omar Elabdellauinin lisenziyasını dayandırıb.

Mia.az  xəbər verir ki, Mərakeş əsilli norveçli müdafiəçinin adı Türkiyə Futbol Federasiyasına təqdim olunan sifariş ərizəsindən çıxarılıb.

Ötən il dekabrın 31-də əlində fişəng partladığı üçün üzündən xəsarət alan oyunçunun müalicəsi davam etdiyi üçün bu addım atılıb.

Qeyd edək ki, Omar Elabdellaui 2020-ci ilin yayından "Qalatasaray"da çıxış edir.