Türkiyənin "Başakşehir" klubu baş məşqçisi Okan Burukla yollarını ayırıb.

Mia.az xəbər verir ki, 48 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, Okan Buruk 2019/2020 mövsümündə "Başakşehir"lə Türkiyə Super Liqasının qalibi olub. Komanda hazırda Superliqada 24 xalla 15-ci pillədə qərarlaşıb.