"Roma" klubu İtaliya millisinin futbolçusu Stefan El Şaravini heyətinə qatır.
Paytaxt təmsilçisi 29 yaşlı vingerlə razılığa gəlib.
Təcrübəli oyunçu bu gün tibbi müayinədən keçdikdən sonra 2,5+1 illik müqaviləyə imza atacaq. El Şaravi "Roma"da 3,5 milyon avro maaş alacaq. O, yeni komandasına azad agent kimi keçəcək.
Qeyd edək ki, Stefan El Şaravi 2016 - 2019-cu illərdə "Roma"nın formasını geyinib. O, son olaraq, Çinin "Şanxay Şenxua" komandasında oynayıb./Report