Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Makkabi” (Təl-Əviv) – “Qarabağ” oyununun hakimləri müəyyənləşib.
Məlumata görə, UEFA İsraildəki qarşılaşmanı Şotlandiyadan olan referilərə tapşırıb.
Qarşılaşmada Con Biton ədalət təmsilçisi olacaq. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək.
Hakimlərin işinə serbiyalı hakim-inspektor Milan Karadziç qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə İvan Tsitoviç (Rusiya) olacaq.
Qeyd edək ki, oktyabrın 22-də Təl-Əvivdəki “Blumfild” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 23:00-da start götürəcək.