Bazarlar, bankomatların qarşısı, məscidlər, dayanacaqlar... - Bu yerlərdə tibbi maskaların taxılması məcburi oldu

Bazarlar, bankomatların qarşısı, məscidlər, dayanacaqlar... - Bu yerlərdə tibbi maskaların taxılması məcburi oldu

GÜNDƏM

29.05.2020, 16:19

Xəbər verdiyimiz kimi, bu gün Baş Naziri Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar imzalayıb.

Mia.az xəbər verir ki, qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, bazarlar, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə qoruyucu tibbi maskaların taxılması məcburi olub.

Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən məsuliyyətə səbəb olacaq. 

https://mia.az/w990455/eli-esedov-koronavirusla-bagli-yeni-qerar-imzaladi-yeni-telebler-2020-05-29-160742

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR