Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
GÜNDƏM
22.05.2020, 15:09
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Mia.az-ın xəbərinə görə, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin hidayət yolu olaraq bəşəriyyətə göndərildiyi Ramazan ayı insanları saflığa, vəhdətə, şəfqət və mərhəmətə dəvət edir. Bu ayda möminlər Uca Yaradan qarşısında mənəvi borclarını ödəmək fürsəti qazanır, əxlaqi-ruhi kamilliyin nəfs üzərində qələbəsinin sevincini yaşayırlar.
Builki Ramazan ayını dünyanın böyük təhlükə ilə üz-üzə qaldığı mürəkkəb bir şəraitdə başa vururuq. Mövcud vəziyyət əhalimizin sağlamlığı və rifahı üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Qarşılaşdığımız qlobal bəla ilə mübarizənin uğuru daha çox cəmiyyətin hər bir üzvünün yüksək məsuliyyəti və intizamlı davranışından asılıdır. Müqəddəs kitabımız Quran da daim birlik və bərabərliyə, sosial yardımlaşma və xeyirxahlığa çağırır. Əminəm ki, həmişə belə nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini uca tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətinliyi də geridə qoyacaqdır.
Əziz bacı və qardaşlarım!
Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq duyğuları ilə yola salırlar. Bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir daha ehtiramla yad edirəm.
Oruc və ibadətlərinizin Allah dərgahında qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Ramazan bayramınız mübarək olsun!"
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İki nəfər 15 kq narkotiklə tutulub
Bugün, 08:59 KRİMİNAL
-
UNESCO-nun qərargahında Novruz şənliyi keçirilib – 13 ölkənin iştirakı ilə (FOTO)
Bugün, 08:48 MƏDƏNİYYƏT
-
Atəşkəsdən əvvəl İranda neft-kimya zavodları vurulub
Bugün, 08:41 DÜNYA
-
Netanyahu Tramp-İran anlaşmasına boyun əydi: “Atəşkəsi dəstəkləyirik, lakin…”
Bugün, 08:29 GÜNDƏM
-
İRAN DA İKİ HƏFTƏLİK ATƏŞKƏS TƏKLİFİNƏ “HƏ” DEDİ, ŞƏRTLƏRİ AÇIQLADI: “Biz qələbə qazandıq”
Bugün, 08:21 GÜNDƏM
-
TARİXİ RAZILAŞMA: Tramp 2 həftəlik atəşkəsi qəbul etdi, 10 maddəlik sazişdən söz açdı
Bugün, 08:15 GÜNDƏM
-
Xarici İşlər Nazirliyi açıqlama yayıb
Bugün, 08:07 SİYASƏT
-
Bağdadda ABŞ səfirliyinə hücum olub
Bugün, 00:49 GÜNDƏM
-
Ağ Evdən Şahbaz Şərifin çağırışına reaksiya: “Tramp xəbərdardır, cavab veriləcək”
Bugün, 00:25 GÜNDƏM
-
Quba-Qonaqkənd yolu niyə dağılıb? - 20 milyonluq layihənin araşdırılması tələb olunur (VİDEO, FOTOLAR)
Bugün, 00:11 İQTİSADİYYAT
-
"Qalatasaray"ın "Göztepe" ilə səfər oyunu üçün heyəti açıqlanıb
Bugün, 00:07 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:04 MƏDƏNİYYƏT
-
Cəlilabad sakini Bakıda dəm qazından ölüb
07.04.2026, 23:24 CƏMİYYƏT
-
Mirça Luçesku 80 yaşında vəfat etdi
07.04.2026, 23:07 İDMAN
-
İsrail Ordusu etiraf etdi: “Tehranda Sinaqoqu vurduq, çünki…”
07.04.2026, 22:48 DÜNYA
-
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib - FOTOLAR
07.04.2026, 22:32 GÜNDƏM
-
Ramsey 35 yaşında futbolla vidalaşdı
07.04.2026, 22:08 İDMAN
-
“Qalatasaray” təxirə salınmış oyuna hazırlaşır
07.04.2026, 22:06 İDMAN
-
AK Partiya: “Terrorizmə və terrorçulara yol verməyəcəyik”
07.04.2026, 21:52 DÜNYA
-
Bakı Təhsil İdarəsinə iki müdir müavini təyin edildi - Onlar kimdir?
07.04.2026, 21:18 GÜNDƏM
-
ABŞ İranı nüvə silahı ilə vuracaq? - Ağ Evdən dünyanı heyrətləndirən iddialara maraqlı şərh verildi
07.04.2026, 20:43 DÜNYA
-
Bakıda həbsxanada yanğın olub
07.04.2026, 20:29 KRİMİNAL
-
ABŞ vitse-prezienti Budapeştdən Aİ liderlərinə səsləndi: “Ondan nümunə götürün”
07.04.2026, 19:54 GÜNDƏM
-
SEPAH TRAMPIN TƏHDİDNƏ TƏHDİDLƏ CAVAB VERDİ: “Əgər qırmızı xətti keçsəniz…”
07.04.2026, 19:48 GÜNDƏM
-
AGENTLİK RƏHBƏRİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ - Sərəncam
07.04.2026, 19:41 GÜNDƏM
-
ABŞ Xark adasındakı neft obyektlərini vurub? – Açıqlama
07.04.2026, 19:19 GÜNDƏM
-
"Zirə" azlıqda qalan "Şamaxı"ya qalib gələ bilməyib
07.04.2026, 19:18 İDMAN
-
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
07.04.2026, 18:01 İQTİSADİYYAT
-
İcra başçısı özünü xeyli arıqladıb
07.04.2026, 17:42 CƏMİYYƏT
-
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
07.04.2026, 17:26 CƏMİYYƏT
-
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
07.04.2026, 17:12 GÜNDƏM
-
"Rabitəbank" ASC cəzalandırıldı - Mərkəzi Bank pozuntu olduğunu deyir
07.04.2026, 17:04 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
07.04.2026, 17:00 İQTİSADİYYAT
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
07.04.2026, 16:55 CƏMİYYƏT