Bolnisi rayonunda daha bir nəfərin koronavirusa yoluxması təsdiqlənib

Bolnisi rayonunda daha bir nəfərin koronavirusa yoluxması təsdiqlənib

CƏMİYYƏT

08.04.2020, 16:44

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunda daha bir nəfərin koronavirusa yoluxması təsdiqlənib.

Bu barədə Bolnisi rayonunun icra başçısı David Şerazadişvili məlumat verib.

O deyib ki, həmin şəxs Tbilisiyə, 1 saylı unvisersitet klinikasına çatdırılıb.

Rayon rəhbəri qeyd edib ki, bununla da Bolnisidə COVID-19 infeksiyasına yoluxanların sayı nəfərə çatıb, onların biri ölüb.

Qeyd edək ki, Gürcüstanda koronavirusdan ölən ilk pasiyent Bolnisinin Kvemo Bolnisi (Kəpənəkçi) kəndinin 79 yaşlı qadın sakini olub. Onun 87 yaşlı həyat yoldaşında da virus aşkarlanıb/Report. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR