Gürcüstanın Baş Naziri Bakıdan belə yola salındı - FOTO

09-10-2019 [21:54]
Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 9-da başa çatıb.

Mia.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş Nazir Giorgi Qaxariyanı Azərbaycanın Baş Nazirinin müavini Əli Həsənov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.


SON XƏBƏRLƏR