Bakıda sərnişin avtobusu kranla toqquşub, xəsarət alanlar var

15-05-2019 [17:21]
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə aeroport yolunda, Milli Aviasiya Akademiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 171 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu kranla toqquşub. 

Hadisə nəticəsində iki sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır/Report.


SON XƏBƏRLƏR